Avropada qış sərtləşir – qaz qiymətləri artmağa davam edir

Mətn Ölçüsü

PostNews – Avropada qışın sərtləşməsi spot qaz qiymətlərinin yüksəlməsinə səbəb olub. Həftənin əvvəlindən bəri TTF qaz mərkəzlərində qiymətlər davamlı artım nümayiş etdirir. Çərşənbə günü min kubmetr üçün qiymət 387 dollar səviyyəsində bağlanıb ki, bu da həftənin əvvəlindən 11% artım deməkdir.

Analitiklərin fikrincə, sıfır və mənfi temperaturların tez-tez müşahidəsi enerji bazarına təzyiq göstərir. Vəziyyəti daha da çətinləşdirən amillərdən biri isə külək enerjisinin istehsalının azalmasıdır.

Məlumata görə, çərşənbə günü Avropa Birliyində (AB) külək enerjisi enerji istehlakının yalnız 15%-ni təmin edib, halbuki ötən həftə bu göstərici təxminən 30% olub. Bir il əvvəl – 2025-ci ilin yanvarında – bu göstərici orta hesabla 20% təşkil edirdi. Enerji balansında belə azalma qaz tələbatını artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, qışın sərt keçməsi və alternativ enerji istehsalının azalması qaz qiymətlərinin yaxın həftələrdə də yüksək qalmasına səbəb olacaq.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti