Vikipediya onlayn ensiklopediyasının operatoru Vikimedia Fondu portalın fəaliyyəti dövründə ən populyar axtarış sorğularının siyahısını tərtib edib.
PostNews xəbər verir ki, bu barədə məlumatı “Popular Science” jurnalı yayıb. Məlumata görə, Vikipediya məqalələri arasında ən çox baxış sayı 647 milyondan çox olan “İllərə görə ölümlərin siyahısı” məqaləsinə aid olub.
İkinci yeri ABŞ-la bağlı məqalələr (328 milyon baxışdan çox), üçüncü yeri isə ABŞ Prezidenti Donald Trampla bağlı məlumatlar (325 milyon baxışdan çox) tutub. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq 1952–2022-ci illərdə Böyük Britaniyada hakimiyyətdə olmuş kraliça II Yelizaveta və Hindistan haqqında məqalələr qərarlaşıb.
Ən populyar axtarış sorğularına həmçinin portuqaliyalı futbolçu Kriştiano Ronaldo, ABŞ-ın 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də daxil olub.
