Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
PostNews xəbər verir ki, qanun layihəsinə əsasən, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanacaq.
Qeyd olunub ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri aşağıdakı kimidir:
-
Nəqliyyat vasitələrinin duracaqlara təxliyəsi: 1 ədəd/reys — 20,0 manat (ƏDV ilə)
- Duracaqlarda saxlanılması:
-
- Çəkisi 3,5 tona qədər (3,5 ton daxil) — 1 ədəd/gün, 1,0 manat
- Çəkisi 3,5 tondan 10 tona qədər (10 ton daxil) — 1 ədəd/gün, 2,0 manat
- Çəkisi 10 tondan yuxarı — 1 ədəd/gün, 3,0 manat
Beləliklə, qanun layihəsi mühafizə olunan duracaqlarda saxlanma üçün haqqın hesablanma vaxtını və tarifləri dəqiqləşdirir.
