Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.
PostNews-un məlumatına görə, bu göstəricilər Komitənin açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Rəsmi məlumata əsasən, əməkhaqqı neft-qaz sektorunda 3869,0 manat, qeyri neft-qaz sektorunda isə 1037,9 manat səviyyəsində olub.
Qeyd olunub ki, dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat təşkil edib.

