İcbari tibbi sığorta daha çox şəxsi tibbi xidmətlərlə əhatə edəcək

Mətn Ölçüsü

PostNews – Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İTS əhatə dairəsinin genişlənməsini açıqlayıb.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, “Tibbi sığorta haqqında” Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatəsi artırılıb.

Belə ki, artıq həbs edilmiş və müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər də (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) icbari tibbi sığorta hesabına tibbi xidmətlərlə təmin olunacaqlar. Ədliyyə Nazirliyinin müvafiq avadanlıq və mütəxəssisi olmadığı hallarda xidmətlər İTS vəsaiti hesabına təmin ediləcək.

Agentlik bildirib ki, bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfər tibbi xidmətlərlə əhatə olunacaq və bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.

Sədr həmçinin vurğulayıb ki, İTS yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də qaçqın statusu almış şəxsləri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan şəxsləri əhatə edir. Bu, ölkədə tibbi xidmətlərin daha geniş və bərabər şəkildə paylanmasına xidmət edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti