Göygöl rayonu ərazisində yeni yarımstansiya tikiləcək.
PostNews xəbər verir ki, bu barədə məlumatı “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) verib və şirkət artıq müvafiq işlərə başlayıb.
Görüləcək işlər çərçivəsində 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi (11,5 km) və mövcud elektrik veriliş xətlərində əsaslı təmir işləri aparılacaq.
“Azərişiq” ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir. Eyni zamanda ASC hesablayıb ki, tikinti işlərinin dəyəri 27,2 milyon manat təşkil edəcək.

