Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırıb

Mətn Ölçüsü

2025-ci il üzrə Azərbaycan dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 8,068 milyard manat təşkil edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1,506 milyard manat və ya 22,9 faiz çoxdur.

PostNews xəbər verir ki, məlumat Maliyyə Nazirliyindən əldə edilib.

Hesabat ilində digər funksional xərclər isə belə olub:

  • İqtisadi fəaliyyət xərcləri – 7,580 milyard manat,
  • Təhsil xərcləri – 4,618 milyard manat,
  • Sosial müdafiə və sosial təminat xərcləri – 4,5544 milyard manat,
  • Ümumi dövlət xidmətləri xərcləri – 4,4561 milyard manat,
  • Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri – 2,9199 milyard manat,
  • Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər – 2,7868 milyard manat,
  • Səhiyyə xərcləri – 1,2753 milyard manat,
  • Kənd təsərrüfatı xərcləri – 1,1209 milyard manat,
  • Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət xərcləri – 527,3 milyon manat,
  • Ətraf mühitin mühafizəsi xərcləri – 374,2 milyon manat,
  • Mənzil və kommunal təsərrüfatı xərcləri – 322,5 milyon manat.

2024-cü illə müqayisədə 2025-ci ildə müəyyən sahələr üzrə xərclər belə artıb:

  • Sosial müdafiə və sosial təminat xərcləri – 403,3 milyon manat və ya 9,7 faiz,
  • Ümumi dövlət xidmətləri xərcləri – 341,1 milyon manat və ya 8,3 faiz,
  • Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər – 30,3 milyon manat və ya 6,1 faiz,
  • Təhsil xərcləri – 228,2 milyon manat və ya 5,2 faiz,
  • Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri – 110,1 milyon manat və ya 3,9 faiz,
  • Ətraf mühitin mühafizəsi xərcləri – 12,3 milyon manat və ya 3,4 faiz,
  • Kənd təsərrüfatı xərcləri – 25,1 milyon manat və ya 2,3 faiz,
  • Mənzil və kommunal təsərrüfatı xərcləri – 3,0 milyon manat və ya 0,9 faiz.

Bu göstəricilər göstərir ki, 2025-ci ildə dövlət büdcəsində əsas artım müdafiə, milli təhlükəsizlik və sosial sahələr üzrə həyata keçirilib, digər sahələr isə nisbətən balanslı artım nümayiş etdirib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri