PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Azərbaycanda beynəlxalq avtomobil sığortası olan “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna malik sığorta şirkətlərinin siyahısı açıqlanıb.
PostNews xəbər verir ki, İcbari Sığorta Bürosunun (İSB) yaydığı elana əsasən, “Yaşıl Kart” sisteminə üzv ölkələrə avtomobillə səfər etmək istəyən vətəndaşlar bu sığorta növü üzrə altı şirkətə müraciət edə bilərlər.
“Yaşıl Kart” sığortası verən şirkətlər hansılardır?
İSB-nin məlumatına görə, Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna malik sığorta şirkətləri aşağıdakılardır:
- “Atəşgah” Sığorta Şirkəti ASC
- “Azərbaycan Sənaye Sığorta” ASC
- “Meqa Sığorta” ASC
- “PAŞA Sığorta” ASC
- “Qala Sığorta” ASC
- “Xalq Sığorta” ASC
“Yaşıl Kart” sığortası nədir və hansı məqsədlə istifadə olunur?
“Yaşıl Kart” beynəlxalq avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sistemidir. Bu sığorta avtomobilin xarici ölkədə istifadəsi zamanı üçüncü şəxslərə vurulan zərərin müvafiq ölkənin qanunvericiliyinə və sistemin qaydalarına uyğun ödənilməsini nəzərdə tutur.
Sistemə üzv ölkələrə avtomobillə səfər edən sürücülər üçün “Yaşıl Kart” sığortası beynəlxalq səviyyədə tanınan sığorta təminatı rolunu oynayır.
İcbari Sığorta Bürosu Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir. Büro eyni zamanda Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

