Bu gün Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir – ŞƏRH

Mətn Ölçüsü

Ölkə başçısı cənab İlham Əliyev 56-cı Davos İqtisadi Forumu çərçivəsində dünyanın nüfuzlu televiziya kanalı olan “Euronews”a müsahibə verərək, dövrün mühüm reallıqlarına regionda baş verən hadisələr fonundan və qaynar dünya gündəmində Azərbaycanı əhatə edən əlaqəli proseslər əhatəsindən aydınlıq gətirmiş, qətiyyətli mülahizələrini və çağırışlarını etmişdir.

Bu gün dünyada baş verən hadisələri addım-addım izləyən hər kəs üçün aydındır ki, Azərbaycan formalaşmaqda olan yeni dünya nizamının aktiv fazasında yer alan dövlətlər sırasındadır. Kiçik ölkə olmasına baxmayaraq Müzəffər Prezidentinin bacarıqlı diplomatiyası sayəsində Azərbaycan təsir altında deyil, təsir göstərən dövlətlərdən biri olaraq tanınır.

Bu da dövlətini sevən hər bir azərbaycanlı üçün böyük fəxarətdir və güclü Azərbaycanın vətəndaşı olmaq olduqca qürurvericidir. Göründüyü kimi bu gün böyük güclər tərəfindən yeni dünya nizamı formalaşdırılır. Möhtərəm Prezidentin sözügedən müsahibəsindən aydın görünür ki, Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir və bu da dövlətimizin getdikcə güclənməsi və yüksələn xətlə şaxəli inkişafda olmasından irəli gəlir. Ölkə başçısı dərin məzmunlu müsahibəsində iqtisadi gücün hər zaman yüksək aparıcı təsirə malik olmasını vurğulamaqla müstəqil dövlət siyasətində böyük əhəmiyyət daşıdığını önə çəkdi. Müsahibədə ölkələrin bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək siyasətinin önə çəkilməli olduğunun vacibliyinə diqqət çəkdi.

Məlum olduğu kimi bütün bunlar bizim, əslində xarici siyasətimizin ana xəttini təşkil edir. Göründüyü kimi yeni formalaşmaqda olan dünya nizamında Azərbaycan idarəolunan deyil, idarə edən obrazında çıxış edir. Bütün bunlar əlbəttə ki, gərgin siyasi əməyin bəhrəsidir. Son iyirmi iki ildə dünyadakı mövqelərini açıq bəlli edən, tələb və istəklərini aydın nümayiş etdirən Azərbaycan ali məqsədinə doğru inamla, düşünülmüş şəkildə irəlilədi və buna nail oldu. Dünyanın ən nüfuzlu beyin mərkəzləri ölkəmizin xüsusilə son beş ildə qazandığı nailiyyətləri qarışıq dünya nizamı fonunda mümkünsüzün bacarılması kimi qiymətləndirirlər. Bütün dünya bunu Davos Forumunun gedişatında baş verənlər fonunda bird aha aydın gördü.

Telman Quliyev
Neftçala rayonu

 

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti