2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47,955 milyard manat, xərcləri isə 44,652 milyard manat həcmində icra olunub.
PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə icmal büdcədə 3,303 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8,089 milyard manat, xərcləri isə 7,518 milyard manat təşkil edib.
İşsizlikdən Sığorta Fondunun büdcə gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat olub.
İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2,006 milyard manat, xərcləri isə 2,418 milyard manat həcmində icra edilib.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17,169 milyard manat, xərcləri isə 14,586 milyard manat təşkil edib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri isə 445,6 milyon manat olub.
