2025-ci ildə İsraildən Azərbaycana 60 min turist səfər edib

Mətn Ölçüsü

İsrailin xarici işlər naziri Gideon SaarAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda birgə mətbuat konfransı keçirib.

PostNews xəbər verir ki, görüşdə 2025-ci ildə İsraildən Azərbaycana səfər edən turistlərin sayı təxminən 60 min olub.

G. Saar bildirib ki, 2026-cı ildə turist axınının artması gözlənilir. O, həmçinin Azərbaycanda böyük yəhudi icmasının ölkə cəmiyyətinin ayrılmaz hissəsi kimi yaşadığını xatırladıb.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan və İsrail uzun illərdir iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirir, bu isə ikitərəfli əlaqələrin möhkəmlənməsinə və turizm axınının artmasına təkan verir.

Bu nəticələr həm də Azərbaycanın turizm potensialının yüksəlməsi və ölkənin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti