PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılaraq baxılması üçün məhkəmələrə göndərilib. Bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.
PostNews xəbər verir ki, məlumat Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında təqdim edilib.
Kollegiya iclasında vurğulanıb ki, daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayəti açılıb və həmin işlər üzrə ibtidai istintaq davam etdirilir.
Hesabat dövründə ölkə ərazisində 31,852 cinayət qeydə alınmış, onların 90,5%-i açılmış, ümumilikdə isə ölkə üzrə 15,766 cinayət işinin istintaqı tamamlanmışdır. Bunlardan 1,063 iş prokurorluq orqanlarında istintaq edilmişdir.

