Paytaxtın Xəzər rayonunda bir neçə oğurluq hadisəsi qeydə alınıb.
PostNews xəbər verir ki, naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd notbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.
Məlumata görə, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.
Həmçinin, Binə qəsəbəsində keçirilən tədbir zamanı, satıcının diqqətini digər müştərilərə verdiyi anı görən polis, mağazalardan oğurluq etməkdə şübhəli bilinən və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyevi də saxlayıb.
Hər iki fakt üzrə araşdırma davam edir.
