2025-ci ildə cinayət işləri üzrə 11,6 milyon manat maddi ziyan ödənilib

Mətn Ölçüsü

2025-ci il ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə 35 milyon 391 min 465 manat məbləğində maddi ziyan müəyyən edilib.

PostNews xəbər verir ki, bu məbləğin 11 milyon 634 min 316 manatı ödənilməsi təmin olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 11 671 müraciətinə baxılıb.

Bundan əlavə, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin böyük əksəriyyətinin müsbət həlli təmin olunub. Zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb və ödənişlərin təminatı həyata keçirilib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti