2026-cı ildə DSMF-nin xərcləri 8,483 milyard manat proqnozlaşdırılıb

Mətn Ölçüsü

2026-cı ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək.

PostNews xəbər verir ki, bu barədə məlumatı DSMF-in sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bu büdcə ötən ilə nisbətən 10,5 faiz artım deməkdir.

Sədr bildirib ki, 2026-cı il üçün DSMF-nin gəlirləri 8 milyard 323 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin kəsirinin maliyyələşməsi üçün isə DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılması nəzərdə tutulub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti