2026-cı ildə DSMF tərəfindən ünvanlı sosial yardımlar artırılacaq

Mətn Ölçüsü

2026-cı ildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur.

PostNews xəbər verir ki, bu barədə məlumatı DSMF-in sədri Zəka Mirzəyev Bakıda keçirilən 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənilib, bu isə 76 min ailəni əhatə edib.

Sədr əlavə edib ki, növbəti il üçün dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait ayrılıb, bu da ötən illə müqayisədə 40 milyon manatdan artıq artım deməkdir. Həmçinin, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir və ehtiyac meyarı 300 manata çatdırılıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti