PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə təxminən 9 faiz artım gözlənilir.
PostNews xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb. Onun sözlərinə görə, ötən il əmək pensiyalarında artım indeksləşdirmə ilə 8,1 faiz olub.
Sədr qeyd edib ki, əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə yolu ilə həyata keçirilir və yaxın günlərdə bu barədə qərar verilməsi gözlənilir. 2026-cı il üçün isə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım proqnozlaşdırılır.

