Nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi 29,763 milyon ton olub

Mətn Ölçüsü

Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın da daxil olduğu nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi 29,763 milyon ton olub.

PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12,998 milyon ton, dəniz nəqliyyatı ilə 6,779 milyon ton, avtomobil nəqliyyatı ilə 9,986 milyon ton yük daşınıb.

2024-cü illə müqayisədə dəmir yolu ilə yükdaşımaları 909 min ton (-6,5%), dəniz nəqliyyatı ilə 464,1 min ton (-6,4%) azalıb, avtomobil nəqliyyatı ilə isə 880,9 min ton (9,7%) artım müşahidə olunub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti