PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz giriş ən azı bir ay davam edəcək.
Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.
“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, ödənizşsiz giriş olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

