2025-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəm olaraq 4,466 milyard manat vəsait ayrılıb.
PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin vəsaitin 3,782 milyard manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin əsas bərpa və yenidənqurma layihələrinə yönəldilib.
Büdcə xərclərinin digər komponentləri isə belə bölünüb:
- 373,2 milyon manat və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun payına düşüb,
- 258,5 milyon manat və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə istifadə olunub,
- 52,1 milyon manat və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitə aiddir.
Məlumatda bildirilir ki, 2025-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əmək haqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin bərpası, dövlət proqramları, məqsədli tədbirlər, dövlət borcu üzrə öhdəliklər və digər zəruri xərclər tam və vaxtında təmin olunub.
Büdcə vəsaiti, həmçinin büdcədən maliyyə yardımı alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdiyi xərc sifarişləri əsasında məqsədli şəkildə istifadə edilib.

