ADY Naxçıvan MR-də yeni dəmir yolu xəttini tikir: Layihə Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını artıracaq

Mətn Ölçüsü

AZCON Holding şirkətlərindən olan ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ADY-dən PostNews-a verilən məlumata görə, yeni xəttin uzunluğu 194,1 km təşkil edir və onun boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlar arasında 29 körpü, 4 tunel və 12 qalereya yer alır.

Tikinti layihəsi Zəngəzur dəhlizinə qoşulacaq. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa quru əlaqəsini təmin edəcək və həmçinin Orta Dəhliz ilə Şimal-Cənub nəqliyyat marşrutunun mühüm seqmenti kimi fəaliyyət göstərəcək.

Layihə tamamlandıqdan sonra Azərbaycan dəmir yolu infrastrukturu Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını artıracaq, ölkənin regional nəqliyyat və logistika potensialını gücləndirəcək.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti