PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.
Bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.
Belə ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin Vergi uçotu şöbəsinin müdir müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. V.Səməndov isə bu təyinata qədər “Cib Kapital İnvestisiya Şirkəti”ndə Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
İqtisadiyyat.az

