2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
PostNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təxminən 4,2 milyon ABŞ dolları olub.
Məlumata əsasən, Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsində isə 3,8 milyon ABŞ dolları və yaxud 1,9 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Rusiyadan Azərbaycana 3,058 milyon ABŞ dolları dəyərində, 85,5 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 616 min ABŞ dolları və ya 25,2%, həcm ifadəsində isə 1,8 milyon kVt/saat və ya 6,6% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycandan ümumilikdə Rusiya, Gürcüstan, İran və Türkiyə olmaqla dörd ölkəyə 69,7 milyon ABŞ dolları dəyərində 1,221 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan ümumilikdə 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

