Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
PostNews xəbər verir ki, sentyabrın 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0350 manat təşkil edib.
Avronun məzənnəsi 1,9661 manatadək, 100 Rusiya rublunun məzənnəsi isə 2,0105 manatadək ucuzlaşıb.
