PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ilin yanvar–sentyabr ayları ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 172,140 milyon ABŞ dolları təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,499 milyon dollar və ya 4,7% azalma deməkdir.
Hesabat dövründə Yaponiyadan reallaşan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarında payı 3,6% olub.
Eyni zamanda, Azərbaycan 2025-ci ilin ilk 9 ayında Yaponiya iqtisadiyyatına 12,050 milyon dollar sərmayə yatırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,7% azalma deməkdir. Azərbaycandan Yaponiyaya yönəlmiş investisiyaların ümumi xarici investisiyalar içində payı 0,6% təşkil edib.
Məlumata görə, 2024-cü ilin yanvar–sentyabr aylarında Yaponiyadan Azərbaycana birbaşa investisiyalar 180,639 milyon dollar, Azərbaycandan Yaponiyaya yatırımlar isə 18,454 milyon dollar səviyyəsində olub.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artım deməkdir.
Bununla yanaşı, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7% artım deməkdir.

