Naxçıvanda 474,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 474,2 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 7,2 faiz çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ümumi ölkə üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-noyabr aylarında 57,5 milyard manatlıq sənaye məhsulu istehsal ediblər, bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azdır. Onlardan neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Naxçıvanda istehsal olunan sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti