PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi işlərinə başlanılır.
PostNews xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işlərin icrasına start verib. Hazırda qurum işləri həyata keçirəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda, qurum tikintinin 50 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

