“Kazmotransflot” 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində 59,4 min TEU konteyner daşıyıb

Mətn Ölçüsü

“Kazmotransflot” (KazMunayGas (KMG) şirkətinin törəmə müəssisəsi) 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində iyirmi futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşıyıb.

PostNews xəbər verir ki, məlumat KMG-yə istinadən yayımlanıb.

Qurumun bildirdiyinə görə, bu göstərici 2024-cü illə müqayisədə 15 faizdən çox artım deməkdir. Şirkət bu müsbət dinamikanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalara tələbatın artması ilə əlaqəli olduğunu vurğulayıb.

Bununla yanaşı, Qazaxıstanın Milli Statistika Bürosu bildirir ki, 2025-ci ildə ölkənin dəniz nəqliyyatı ilə 4,002 milyon ton yük daşınıb, bu da 2024-cü illə müqayisədə 42 faiz artım deməkdir. Yük dövriyyəsi 1,860 milyard ton-kilometr təşkil edib və 2024-cü illə müqayisədə 17,6 faiz artıb.

Qeyd edək ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən, bir sıra ölkələrdən keçən nəqliyyat və ticarət marşrutudur. Bu marşrut ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ olaraq fəaliyyət göstərir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirir və daha uzun dəniz yollarından yan keçməklə quru yolu üzərindən yük daşımalarını təmin edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti