2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 129,1 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz çoxdur.
PostNews xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artım müşahidə olunub.
ÜDM-in istehsalında pay bölgüsü belə olub: sənaye 33,0 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə sahələri 2,1 faiz, digər sahələr isə 21,7 faiz təşkil edib. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 602,2 manat olub.
