2025-ci ildə Azərbaycanda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 6,8 milyard manat, sayı isə 9,6 milyon ədəd təşkil edib.
PostNews Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 726 milyon manat və ya 12% artıb, əməliyyatların sayı isə 5,334 milyon ədəd və ya 35,8% azalıb.
Qeyd olunub ki, 2024-cü ildə ölkədə XÖHKS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 6 milyard manat, sayı isə 14,9 milyon ədəd olub.
Bildirilib ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat dövründə bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2,026 nəfər artım göstərib.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

