PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13,2 milyon manat olub.
PostNews Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici 2024-cü ilə nisbətən 2,5 dəfə artım deməkdir və əsas kapital sərmayələrinin yekun payı 0,1%-ə bərabərdir.
Ölkədə 2025-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin ümumi həcmi 21,226 milyard manat, 2024-cü illə müqayisədə isə 5,6% azalıb.
Bu sərmayələrin bölgüsü belə olub:
- Neft-qaz sektoru: 10,3% azalma
- Qeyri-neft-qaz sektoru: 3,9% azalma
- Məhsul istehsalı sahələri: 10,972 milyard manat (51,7%)
- Xidmət sahələri: 7,180 milyard manat (33,8%)
- Yaşayış evlərinin tikintisi: 3,074 milyard manat (14,5%)
Sərmayə qoyuluşunun 53,2%-i dövlət, 46,8%-i qeyri-dövlət sektorunun payına düşüb. Ümumilikdə sərmayələrin 75,5%-i tikinti-quraşdırma işlərinə, daxili mənbələrdən yönəldilən investisiyaların isə 80,2%-i əsas kapitala xərclənib.

