Azərbaycan banklarının xalis xarici aktivlərində azalma qeydə alınıb

Mətn Ölçüsü

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 25,822 milyard manat təşkil edib.

PostNews Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 2,3 milyard manat və ya -8,3%, ötən ilin yanvarın 1-nə nisbətən isə 781,9 milyon manat və ya -2,9% azalıb.

Məlumata əsasən, hesabat tarixinə bankların xalis daxili aktivləri 24,038 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 1,6 milyard manat və ya 8,5%, ötən ilin yanvarın 1-nə nisbətən isə 4,1 milyard manat və ya 20,8% artım deməkdir.

Hesabat dövründə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Bu bankların cəmi aktivləri 57,086 milyard manat, cəmi öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,342 milyard manat təşkil edib.

Açıqlanan statistik göstəricilər bank sektorunda daxili aktivlərin payının artdığını, xarici aktivlər üzrə isə azalma tendensiyasının müşahidə olunduğunu göstərir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti