PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,809 milyon ABŞ dolları təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,894 milyon dollar və ya 29% azalma deməkdir.
Məlumata görə, hesabat dövründə Azərbaycana yönələn birbaşa xarici investisiyaların ümumi həcminin 0,5%-i Avstriyanın payına düşüb.
Azərbaycanın Avstriyaya yatırımları da azalıb
Eyni zamanda, Azərbaycan 2025-ci ilin yanvar-sentyabr aylarında Avstriya iqtisadiyyatına 3,740 milyon dollar birbaşa xarici investisiya yatırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 milyon dollar və ya 13 dəfə azalma ilə müşahidə olunub.
Avstriyaya yönəldilən Azərbaycan investisiyalarının ümumi xarici investisiyalar içində payı 0,2% təşkil edib.
Ümumi investisiya göstəriciləri
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dolları olub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Bununla yanaşı, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım göstərir.

