PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşıyıb.
PostNews ASCO-nun məlumatına əsasən xəbər verir ki, bu göstərici 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması rekordunu yeniləyib və son 5 ilin ən yüksək göstəricisi olub.
Məlumatda həmçinin qeyd olunub ki, 2025-ci ilin noyabr ayında bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb, beləliklə, dekabr ayında avtomobil daşımalarının həcmi noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.

