Dövlət büdcəsi vergi və ödənişli xidmətlər hesabına artan gəlir əldə edib

Mətn Ölçüsü

2025-ci il üzrə Azərbaycan dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 20,303 milyard manat təşkil edib və bu göstərici 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çox olub. Qeyri-neft-qaz daxilolmaları dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil edib.

PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Hesabat ilində qeyri-neft-qaz daxilolmalarının strukturu belə olub:

  • 12,006,1 milyon manat və ya 59,1 faizi vergi orqanlarının xətti ilə daxilolmalar,
  • 6,370 milyon manat və ya 31,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmalar,
  • 679,7 milyon manat və ya 3,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar,
  • 1,200,8 milyon manat və ya 5,9 faizi sair daxilolmalar,
  • 46,2 milyon manat və ya 0,3 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə:

  • vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz artıb,
  • dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz,
  • dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra olunub.

Bu göstəricilər göstərir ki, qeyri-neft-qaz sektoru dövlət büdcəsinin gəlirlərində əsas dayaq rolunu oynamağa davam edir və vergi, gömrük və ödənişli xidmətlər üzrə daxilolmaların artımı iqtisadiyyatın diversifikasiyasına müsbət təsir göstərir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti