Azərbaycanda bank sektorunda rəqəmsal ödənişlərin həcmi rekord səviyyədədir

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilmiş əməliyyatların ümumi həcmi 368,8 milyon manat, sayı isə 1,5 milyon ədəd təşkil edib.

PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə, AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 258,9 milyon manat və ya 3,4 dəfə, miqdarı isə 1,384 milyon ədəd və ya 15 dəfə artıb. 2024-cü ildə AÖS əməliyyatlarının həcmi 109,9 milyon manat, sayı isə 99 min ədəd olmuşdu.

Qeyd olunur ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti