2025-ci il ərzində Azərbaycanın bank sektoru 1,162 milyard manat həcmində xalis gəlir əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 117 milyon manat və ya 11% artım deməkdir.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ildə banklar ümumilikdə 316,8 milyon manat həcmində gəlir vergisi ödəyiblər.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı isə 3,486 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2,026 nəfər artıb.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,1 milyard manat, cəmi öhdəlikləri 49,7 milyard manat, balans kapitalı isə 7,3 milyard manat təşkil edib. 2025-ci il ərzində bankların cəmi aktivləri 7,7%, cəmi öhdəlikləri 7,2%, balans kapitalı isə 11% artıb.

