2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 638,9 milyon ABŞ dolları dəyərində 1,774 milyard kubmetr təbii qaz ixrac olunub.
PostNews xəbər verir ki, bu məlumat Azərbaycanın Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 79,4 milyon ABŞ dolları və ya 14,2 faiz, həcm baxımından isə 35 milyon kubmetr və ya 2 faiz artıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Bolqarıstana 559,5 milyon ABŞ dolları dəyərində 1,739 milyard kubmetr təbii qaz ixrac olunmuşdu.
Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7 faiz artım, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz azalma deməkdir.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal olunub. Bu göstərici bir il əvvəlki dövr ilə müqayisədə dəyər ifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma göstərib.
