PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.
PostNews xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.01.2026-cı il tarixində keçiriləcək. İstiqrazların emissiya prospekti BFB-nin rəsmi internet səhifəsində “Emitentin profili” bölməsində yerləşdirilib.
İstiqrazlar üzrə əsas məlumatlar:
- Emitentin adı: BOKT “International” ASC
- İSİN (dövlət qeydiyyat nömrəsi): AZ2042021025
- İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
- Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac
- İstiqrazların sayı: 10 000 ədəd
- İlkin ticarət qiyməti: 100 manat
- Buraxılış həcmi: 1 000 000 manat
- İllik gəlirlilik faizi: 18%
- Ödəmə periodu: Hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək
- Tədavül müddəti: 3 il
- Ticarətə buraxılma tarixi: 22.01.2026
- Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Məlumata görə, istiqrazlar rəqabətli hərrac mexanizmi vasitəsilə investorların ixtiyarına veriləcək və 18% illik gəlirlilik səviyyəsi ilə bazarda diqqət cəlb edir.

