2025-ci ilin sonuna Azərbaycanda manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,
Məlumata görə, bu göstərici 1 dekabr 2025-ci il ilə müqayisədə 0,18 bənd və ya 5,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 0,25 bənd və ya 7,2% azdır.
Beləliklə, 2025-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 3,38 bənd, 2024-cü ilin eyni dövründə isə 3,45 bənd olub.
31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3,486 təşkil edib. Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə, ilin əvvəli ilə müqayisədə isə 8% və ya 2,026 nəfər artıb.
2025-ci ilin sonuna olan vəziyyətə görə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat təşkil edib.
