2025-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə 39,131 milyard manat vəsait daxil olub.
PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə dövlət büdcəsindən 38,604 milyard manat vəsait xərclənib. Beləliklə, 2025-ci ilin büdcə icrasında 527,6 milyon manatlıq profisit formalaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38,609 milyard manat, xərcləri isə 41,704 milyard manat məbləğində müəyyənləşdirilib. Bu isə gələn il üzrə büdcədə kəsirin nəzərdə tutulduğunu göstərir.
