2025-ci il üzrə Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 24,823 milyard kVt·st, su elektrik stansiyalarında (SES) isə 2,842 milyard kVt·st elektrik enerjisi istehsal edilib.
PostNews xəbər verir ki, məlumat Energetika Nazirliyinə istinadən yayımlanıb.
Məlumata görə, 2024-cü illə müqayisədə:
- İES-lərdə elektrik enerjisi istehsalı 280,2 milyon kVt·st (1,1%) artıb
- SES-lərdə istehsal 168,5 milyon kVt·st (5,6%) azalıb
Qeyd olunur ki, 2025-ci il üzrə Azərbaycanda elektrik enerjisinin ümumi istehsalı 262,3 milyon kVt·st artaraq 28,657 milyard kVt·st təşkil edib, bu da 0,9% artım deməkdir.

