PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanda icbari sığorta növləri üzrə 365,811 milyon manat sığorta haqqı toplanıb. Bu, 2024-cü il göstəricisi ilə müqayisədə 23,9 milyon manat və ya 7% artım deməkdir.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 6,9 milyon manat və ya 4,9% artaraq 146,6 milyon manata çatıb. Beləliklə, hər 100 manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb ki, bu da 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu göstərici 2024-cü il ilə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım təşkil edir.

