PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanın “Şahdəniz” yatağında təbii qaz hasilatı 27,9 milyard kubmetr təşkil edib.
PostNews xəbər verir ki, bu barədə məlumat Energetika Nazirliyindən əldə olunub.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə “Şahdəniz” yatağında hasilat 0,1 milyard kubmetr və ya 0,4 faiz artıb. 2024-cü ildə bu yataqda hasil olunan qazın həcmi 27,8 milyard kubmetr olub.
Ümumilikdə, Azərbaycan 2025-ci ildə 51,5 milyard kubmetr təbii qaz hasil edib ki, bu da 2024-cü il hədəfi ilə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz artım deməkdir.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” 1999-cu ildə kəşf edilib. Yataqda 1 trilyon kubmetr qaz və 243 milyon ton kondensat ehtiyatı mövcuddur. “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyada qaz ixrac edən ölkələr sırasında təqdim edib.
2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başlayıb.

