Səhmlərin payı 25,6%, daşınmaz əmlak 6,4%-ə yüksəlib – ARDNF

Mətn Ölçüsü

PostNews – 2026-cı ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində əhəmiyyətli dəyişikliklər baş verib. Qızılın payı 127 tondan 200 tona yüksələrək portfelin 38,2%-ni təşkil edib, bu isə onun Fondun əsas investisiya aktivlərindən birinə çevrildiyini göstərir.

Eyni zamanda, istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 17,1 faiz bəndi azalarak 29,8%-ə düşüb. Səhmlərin payı isə 25,6% təşkil edib ki, bu da illik müqayisədə 1 faiz bəndi azalma deməkdir.

Daşınmaz əmlak və infrastrukturun portfeldəki payı 0,5 faiz bəndi artaraq 6,4%-ə çatıb.

Hesabat dövrünə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 73,540 milyard ABŞ dolları olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.

Fond məlumat verir ki, bu struktur dəyişiklikləri investisiya diversifikasiyasını artırmaq və bazar risklərini balanslaşdırmaq məqsədilə həyata keçirilib, həmçinin qızıl və daşınmaz əmlakın portfeldə artması iqtisadi qeyri-müəyyənliklər fonunda stabil gəlirliliyi təmin etmək üçün strateji addım sayılır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti