PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 443 milyon manat məbləğində kredit verilib.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,9 milyon manat və ya 0,7% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin həcmi 434,9 milyon manat təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,4 milyon manat və ya 2,8% azalma deməkdir.
Eyni zamanda, dövr ərzində fondun yerləşdirdiyi istiqrazların həcmi 50 milyon manat və ya 8,3% artaraq 650 milyon manata çatıb.
Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən İKZF-yə ayrılmış vəsaitin həcmi 2,5 milyon manat və ya 2,8% azalaraq 85,2 milyon manat olub.

