Dövlət büdcəsi rekord gəlir əldə edib

Mətn Ölçüsü

2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,131 milyard manat təşkil edib və bu, 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969 milyard manat çox icra olunub.

PostNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert nəzərə alınmadan gəlirlər 24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin strukturu belə olub:

  • 16,353 milyard manat və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmalar,
  • 14,481 milyard manat və ya 37,0 faizi ARDNF-dən dövlət büdcəsinə transfert,
  • 6,370 milyard manat və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmalar,
  • 679,7 milyon manat və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar,
  • 46,2 milyon manat və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar,
  • 1,201 milyard manat və ya 3,1 faizi isə sair daxilolmaların payına düşüb.

2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illə müqayisədə belə dəyişikliklər göstərib:

  • Dövlət Neft Fondundan transfert üzrə 1,700 milyon manat və ya 13,3 faiz artım,
  • Vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya 3,5 faiz artım,
  • Dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz artım,
  • Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz artım,
  • Gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya 4,2 faiz azalma qeydə alınıb.

Bu göstəricilər dövlət büdcəsinin gəlirlərinin həm neft transferti, həm də vergi və digər daxilolmalar üzrə balanslı artımını əks etdirir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti
Azərbaycan xəbərləri
Azərbaycan xəbərləri