Azərbaycanda bankomatlardan çıxarılan vəsaitin həcmi 4,6 milyard manata çatıb

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə həyata keçirilən nağd pul çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyat, bu əməliyyatların ümumi dəyəri isə 4,6 milyard manat təşkil edib.

PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə bankomatlar vasitəsilə nağd pul çıxarışlarının sayı 137 min əməliyyat və ya 0,8%, dəyər ifadəsində isə 466 milyon manat və ya 10,7% artıb.

Qeyd olunur ki, 2024-cü ildə də bankomatlar vasitəsilə nağd pul çıxarışlarının ən yüksək göstəricisi 16,8 milyon əməliyyat olmaqla 4,6 milyard manat təşkil etmişdi.

Xatırladaq ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər təşkil edib.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti