Azərbaycan boksçusu Çində Dünya kubokunda qızıl medal qazandı

Mətn Ölçüsü

PostNews – Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunda qızıl medal qazanıb.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü final görüşündə Bolqarıstan təmsilçisi Rami Kiuanla üz-üzə gəlib.

Döyüşün hər 3 raundunda üstünlük əldə edən Cəfərov yekunda hakimlərin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qərarı ilə qətiyyətli qələbəyə imza ataraq Dünya kubokunun qalibi olub və qızıl medala sahib çıxıb.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının iştirak etdiyi və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla tamamlayıb. Daha əvvəl Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer almışdılar.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti