Bu ilin yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat təşkil edib.
PostNews Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici bir ay əvvəlki dövrlə müqayisədə 33,1 milyon manat və ya 5,9% azdır.
Məlumata görə, ölkədə problemli kreditlərin məbləği son 1 il ərzində 75,4 milyon manat və ya 16,8% artıb. Bu isə illik əsasda kredit portfelində risklərin yüksəldiyini göstərir.
Eyni zamanda, 2026-cı ilin yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% təşkil edib.

